gundelik-xeber - Resul Quliyev mulk
  Baş səhifə
  Resul Quliyev mulk
  MİLLİ MƏCLİSƏ SEÇKİLƏR 2010
  Kriminal
  Siyasət
  GUNDELİK XEBER

08.11.2010 12:00
HACI QALİB DEPUTAT SEÇİLDİ

Namizədliyi 27 saylı Sabunçu rayon ikici seçki dairəsindən YAP tərəfindən sürülmüş Salahzadə Qalib Aslan oğlu Milli Məclisə keçirilən seçkilərin qalibi olub. Bundan sonra yeni deputatın məhkəməyə təsir göstərib-göstərməyəcəyinin şahidi olacağıq.
Lakin qanun irqindən, irsindən, milliyətindən və ən əsası tutduğu vəzifəsindən asılı olmayaraq hamı üçün eynidir.
 

08.11.2010 10:00



SABUNÇU RAYON MƏHKƏMƏSİ QULİYEVLƏRİN TƏZMİNAT İDDİASINA BAXDI.

Məhkəmə iddianı təmin etmək üçün bir neçə sənədin işə əlavə olunmasını istədi.

25.10.2010
Deputatlığa namizəd yenidən məhkəmə qapılarında.
Quliyevlər Şeyxin qudasından əl çəkmirlər


27 saylı Sabunçu rayon 2-ci seçki dairəsindən, YAP tərəfindən namizədliyi irəli sürülən Qalib Salahzadə yenidən məhkəməyə verilib.

    Artıq uzun müddətdir ki, Quliyevlərlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Sabunçu rayon 2-ci seçki dairəsindən namizədli irəli sürülən Qalib Salahzadə arasında məhkəmə çəkişmələri gedirdi. Uzun mübahisədən sonra məşhur "6 bağ" adlanan bağ öz sahibinə Quliyevlərə qaytarıldı. Lakin bağı yerlə-yeksan olunmuş şəkildə təhvil alan Quliyevlər Qalib Salahzadəni yenidən məhkəməyə veriblər.Quliyevlərin səlahiyyətli nümayəndəsi Nazim Hüseynov: "Hələ bağ geri alınmamışdan biz məhkəmədə Hacı Qalibə qarşı, bizim bağı mənimsədiyinə,oradakı əmlakları taladığına görə məhkəmə qarşısında 700.000 manat təzminatın ödənilməsini tələb etmişdik. Məhkəmə də ədalətli qərar çıxararaq bizim iddiamızı qəbul edib, Hacı Qalibin bizə 700.000 manat təzminat ödəməyini çıxartdığı hökmdə göstərmişdir. Lakin bu günə qədər Hacı Qalib tərəfindən bu məbləğ ödənməmişdir. Mülkü təhvil aldıqda isə gözlərimizə inana bilmədik. Həyətə girəndə avtomobil dayanacağının tamami ilə məhv olunub, söküldüyünü, ağacların və müasir bitki örtüklərinin kökündən çıxarıldığını, həyətdəki çimərlik hovuzunun dağıldığını, mülklərin tamamilə məhv olunduğunu, hətta otaqların qapılarının, elektrik naqillərinin belə çıxarılıb aparıldığının şahidi olduq. Bundan sonra qərara gəldik ki, Hacı Qalibin bizə qarşı etdiyi əməlləri məhkəmə müstəvisinə çıxardaq. Bir neçə gün bundan öncə bizə qarşı ödənilməli 700.000 manatı və hal-hazırda bizə vurduğu maddi ziyana görə 485.000 manatlıq təzminat ödənilməsi ilə bağlı iddia ərizəsi ilə Sabunçu rayon məhkəməsinə müraciət etdik. Dünən isə məhkəmədən cavab aldıq. Sabunçu rayon məhkəməsi artıq məhkəmin vaxtını təyin edib. Məhkəmə 08 noyabr saat 09:45-ə təyin edib."


    Məhkəmənin gedişi ilə bağlı oxucularımıza əlavə məlumatları bildirəcəyik.

_____________________________________________________________________________

ŞOK ŞOK ŞOK ŞOK

HACI QALİB SALAHZADƏ BİLGƏHDƏ DƏYƏRİ
MİLYONLARLA.ÖLÇÜLƏN MÜLK TİKDİRİR.
Etibarlı mənbədən aldığımız məlumata görə Hacı Qalib Salahzadə Bilgəh qəsəbəsində mülk tikdirir.
 Ünvanı dəqiqləşdirmək üçün məhkəmə sənədlərinə nəzər saldıq. Həqiqətən də Salahzadə Qalibin qeydiyyatda olduğu ünvan Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi 1-ci Döngə ev 20-dir. (2-ci şəkil)





 20.10.2010 09:00
YAP-ın namizədi məhkəməyə verilir
Şeyxin qudası Rəsul Quliyevin mülkünü dağıdıb 
Nazim Hüseynov: Qalib Salahzadə üst-üstə olaraq bizə 1.175.000 manat ziyan vurub.



Eks-spiker Rəsul Quliyevlə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şüyxülislam Allahşükür Paşazadə qudası Hacı Qalib Salahzadə arasında “Altı bağ" mülkü ilə bağlı çəkişmə yenidən məhkəmə müstəvisinə qayıdıb. 
Quliyevlərin hüquqi nümayəndəsi Nazim Hüseynov qəzetimizə bildirib ki, mülkin təhvil-təslimi zamanı Quliyevlərə ziyan vurulduğu məlum olub: "Mülkü polislərlə birlikdə təhvil alarkən gördük ki, Q.Salahzadə texnikadan istifadə edərək mülkü viran qoyub. Ağaclar kəsilib, bağ yolu bərbad hala salınıb. Ziyan bununla da məhdudlaşmır. Evlərə də ziyan vurulub. Evlərin divarlarında yerləşən soba dağıdılıb, divarlar yaman günə salınıb, evlərin örtükləri sökülüb aparılıb və s. Quliyevlərin mülkünə 485 min manat dəyərində ziyan vurulub. Mülkün təhvil-təslimdən əvvəl isə Salahzadə ev əşyalarını və tikinti materiallarını mənimsədiyinə görə 700 min manat ziyan vurmuşdur. Hər iki ziyanla bağlı Sabunçu Rayon Məhkəməsinə müraciət edəcəyəm. Bu məhkəmədə vəkilim Əjdər Cavadov olacaq".
Qeyd edək ki, Qalib Salahzadə hakim Yeni Azərbaycan Partiyası tərəfindən bu il 7 noyabr seçkilərinə namizədliyi irəli sürülüb.

MƏNBƏ: BİZİM YOL. 20 oktyabr.

18.10.2010    21:00HACI QALİB SALAHZADƏ TƏHVİL ALINAN BAĞI YERLƏ YEKSAN EDİB

FOTOLAR



 
Avtomobillər üçün qaraj



Üzgüçülük hovuzu (BASSEYN)



Üzgüçülük hovuzu (BASSEYN 2)



Üzgüçülük hovuzu (BASSEYN 3)



Nasosxana


Ev 1. Hər şey dağıdılıb


Ev 1. Otaqlar bərbad vəziyyətdə


Sauna dağıdılın, damı sökülüb.


Qızdırıcı sistemi yararsız halda


Hətta divarlarda sökülüb, oboy cırılıb.
______________________________________________________________________________

17.10.2010    23:00



Nazim Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Ali Məhkəmənin sədri R.Rzayevə, Respublikanın Baş Prokuroru Zakir Qaralova, Ədliyyə Naziri Fikrət Məmmədova Ərizə ilə şikayət etmişdir.

_


Rəsul Quliyevin səlahiyyətli nümayəndəsi Nazim Hüseynov Hacı Qalibin qanunsuz əməlləri və Sabuçu rayonu prokurorluğunun əsassız olaraq artıq öz həllini tapmış və icra olunmuş mülk mübahisəsinə qarışması, Ali Məhkəmənin qətnaməsinə kölgə salaması barədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Respublikanın Baş Prokuroru Zakir Qaralova, Ədliyyə Naziri Fikrət Məmmədova şikayət etmişdir. Nazim Hüseynovun ƏRİZƏsini olduğu kimi dərc edirik:

Mən Sabunçu rayon məhkəməsinin icraatında başlanmış, iddiaçılar Quliyeva Elmira, Pərvin, Xanım və başqa Quliyevlərin nümayəndəsi qismində çıxış etmişəm. Mülki iş üzrə qanun qüvvəsinə minmiş qətnamə mövcüddur və Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-879 saylı, 17.03.2010-cu il tarixli İcra vərəqəsinə əsasən Sabunçu rayon Məhkəmə İcraçıları şöbəsinin icraçıları tərəfindən icra olunmuşdur. Mülki iş üzrə cavabdeh Bilgəh qəsəbəsi sakini, qanunsuz torpaq zəbt etmiş şəxs kimi hamının tanıdığı Qalib Salahzadədir. Qalib Salahzadə bizə məxsus bağ evini zəbt etdiyindən məhkəmə qətnaməsi ilə məcburi qaydada tutduğu bağ sahəsindən çıxarılmışdır. Məhkəmə yolu ilə qanunsuz hərəkətlərinə haqq qazandırmağa nail ola bilməyən Q.Salahzadə yenə də qanunsuz və zorakılıq hərəkətlərindən əl çəkmək istəmir. Qəribəsi də odur ki, bu zorakılıq hərəkətlərini Sabunçu rayon Prokurorluğu vasitəsi ilə həyata keçirməyə cəhd edir. Sabunçu rayon Prokuroru C.Şirinov onun “ərizəsini alaraq” qanun qüvvəsini almış və icra olunmuş qətnamənin qanuniliyini yoxlamaqla guya təhqiqat aparır. Onun göstərişi ilə iş üzrə sübutlar toplanması prosesində iştirak etmiş şahidlərimizi, aktlara imza etmiş şəxsləri, məhkəmə icraaçıları, hətta nümayəndə kimi məni qanunsuz və əsassız olaraq prokurorluğa çağıraraq bizə təsir edir, hədə-qorxu gəlir, bir sözlə qanun qüvvəsinə minmiş və icra olunmuş qətnamənin qanuniliyini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16.08.2010-cu il tarixli qərarı ilə yekun vururlmuş mübahisənin deyəsən cinayət tərkibi əlamətlərini axtarır. Eyni zamanda Sizə bildirirəm ki, hüquqlarını müdafiə etdiyim Quliyevlər ailələrinə məxsus olan bağ sahələri və yaşayış evləri zorakılıqla zəbt edilib. Bağ boşaldılarkən Qalib Salahzadə tərəfindən dekorativ və meyvə ağacları yerindən çıxarılmış, yaşayış mülkləri tam yararsız vəziyyətə gətirilmiş, evlərin seyv qapıları, orta qapıları mıxarılaraq aparılmış, elektrik xəttləri bərbad vəziyyətə salınmış, divardakı oboylar cırılmış, su-kanalizasiya xəttləri məhv edilmiş, maşın qarajları bulduzore verilərək yerlə-yeksan edilmiş, çimərlik hovuzu dağıdılmış, qazanxaların bütün avadanlıqları, qızdırıcı sistemləri tamami ilə məhv edilmiş, hovuzun üstünün çardağı vəhşicəsinə dağıdılmış, bir sözlə bağlar və yaşayış yerləri vandallığa məruz qalmışdır. Külli miqdarda maddi cəhətdən ziyan dəymişdir. Bu ziyanın ölçüsü təxminən 500.000 manat civarındadır. Sizdən xahiş edirəm ki, Sabunçu rayon prokurorluğunda bu mülki iş üzrə atılan qanunsuz hərəkətlərə son qoyulmasını təmin edəsiniz.       
______________________________________________                  
16.10.2010    09:00

RƏSUL QULİYEVİN NÜMAYƏNDƏSİ NAZİM HÜSEYNOV SABUNÇU RAYON PROKURORLUĞUNA ÇAĞIRILDI
(Onu həbs olunma təhlükəsi gözləyir.)


________________________________________________________

15.10.2010
Rəsul Quliyevin nümayəndəsi izlənir

Nazim Hüseynov dövlət rəhbərlərindən təhlükəsizliyinə təminat istəyir

Eks-spiker Rəsul Quliyevlə Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə arsında aylardır ki, bitməyən mülk davası gedir. Mübahisə obyekti Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən məşhur “Altı bağ” adlı mülkdür. Mülk məsələsində Quliyevlərin səlahiyyətli nümayəndəsi vəkil Nazim Hüseynovdur. 
“Bizim Yol” qəzetinə müraciət edən N. Hüseynov bildirib ki, onu 2 nəfər naməlum şəxs izləyir. «Onlar məni evə qədər təqib edirlər. Mobil telefonum dinlənir”.
 Quliyevlərin nümayəndəsi hayatının təhlükədə olması barədə dövlər başçısına, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə rəsmi müraciət edib: “Deyilənləri nəzərə alıb ailə üzvlərimin və mənim həyatımın təhlükəsizliyini təmin etməyinizi xahiş edirəm”.
 
________________________________________________________
 
14.10.2010
   09:00


HACI QALİB RƏSUL QULİYEVİN BAĞINI YERLƏ YEKSAN EDİB

Şeyxin qudası eks-spikerə və onun ailə üzvlərinə məxsus mülkü traktorla dağıtdıqdan sonra təhvil verib.

“Hacı Qalib Salahzadə Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağı tamamilə dağıdıb, yararsız hala salıb. Məhkəmə icraçıları oranı bizə təhvil verəndə mülkə girdikdə dəhşətə gəldik. Hacı Qalib oranı traktorun qarşısına verib dağıdıb, iki evi tamamilə yararsız hala salıb, qapıları, pəncərələri, hətta elektrik açarlarını, hamam vannasını belə söküb aparıb. Həyətdəki yardımçı tikililəri, hovuzu, ”besedka"nı texnikanın qarşısına verib uçurtdurub. Bütün meyvə ağaclarını kökündən çıxartdıraraq məhv edib. Bağ demək olar tamamilə şumlanıb. Bu, görünməmiş vandallıqdır". Bu açıqlamanı “Yeni Müsavat”a Quliyevlərin səlahiyyətli nümayəndəsi Nazim Hüseynov verdi. O bildirdi ki, məhkəmə Hacı Qalibin zəbt etdiyi bağdan çıxarılmasına dair qərar verdikdən sonra avqustun 31-də qərar icraya yönəldilib: “Biz həmin gün məhkəmə nəzarətçiləri, polis və jurnalistlərlə birlikdə mülkü təhvil almağa getdik. Hacı Qalib müqavimət göstərdi və bağın boşaldılması təxirə salındı. Bir neçə gün sonra bağa polis gücünə girildi. Həmin gün mülkün təhvil verilməsini tələb etsəm də, Hacı Qalib məhkəmə icraçılarından mülkdə iki il ərzində yığdığı məişət əşyalarını könüllü çıxarmaq üçün dörd gün vaxt istədi. Həmin 4 gün bir aya qədər uzandı. Bir neçə gün öncə məhkəmə icraçıları bağı təhvil götürməyə çağırdılar. Mülkün darvazasının açarını belə sıradan çıxarıb getmişdilər. Qapını sındırıb içəri girəndə ağlasığmaz mənzərənin şahidi oldum. Hacı Qalib humanistlik baxımından ona əşyalarını çıxarmaq üçün vaxt verilməsindən Hacı adına yaraşmayan şəkildə istifadə edərək bu biabırçılığı edib. Orada ilkin ekspertiza aparıldı. Biz vurulmuş ziyanla bağlı yeni məhkəmə iddiası hazırlamışıq. İlkin hesablamaya görə, bizə təxminən 500 min manatlıq ziyan vurub. 1996-cı ildən 2008-ci ilədək ərsəyə gətirilmiş mülkü bu hala salmağa ad vermək belə çətindir”.
Nazim Hüseynov dedi ki, Q.Salahzadənin bu hərəkətlərindən aidiyyəti qurumlara şikayət etdikdən sonra bir neçə naməlum şəxs onu davamlı şəkildə izləyir: “Artıq həyatıma da təhlükə yaranıb”.
Qeyd edək ki, eks-spiker Rəsul Quliyevə və onun ailə üzvlərinə məxsus bağı Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə 2008-ci ildə zəbt edib. Məhkəmə onun zəbt etdiyi mülkdən çıxması barədə qərar verib. Avqust ayında Ali Məhkəmə qərarı təsdiqlədikdən sonra icraya yönəldilmişdi. Qərar icra olunsa da, təqdim edilən fotodan oranın hansı halda sahibinə qaytarılması bəlli olur...
_____________________________________________________________

13.10.2010    12:00
 


Şeyxin Qudası nəhayət ki, geri çəkildi

Milyonlarla dəyəri olan bağ Rəsul Quliyevlərin qohumlarına qaytarıldı

Nazim Hüseynov: «Hacı Qalib həbs oluna bilər»
 

Bilgəh sakinləri bu imarətgahı qəsəbənin simvolu hesab edir. “Altı bağ” adlandlanan yer Daxili İşlər Nazirliyinin İstirahət Mərkəzinin yaxınlığında yerləşir. Bu yer uğrunda nəhənglərin ilginc mal-mülk davası getdi. Bir tərəfdə eks-spiker Rəsul Quliyevin yaxınları, digər tərəfdə isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, Hacı Qalib Salahzadə idi. 
Quliyevlərin mülkü Hacı Qalib tərəfindən mənimsənilmişd. Onların iddiasını bütün məhkəmə instansiyaları da təsdiqlədi. Onlar Quliyevlər Qalib Salahzadənin əməlləri nəticəsində onlara 700 min dollar məbləğində ziyan dəydiyini bildiriblər.
Qəzetimiz bu çəkişməni geniş işıqlandırıb. Qeyd edək ki, bir neçə dəfə cəhd etsələr də məhkəmə icraçıları bağı Hacı Qalibə boşaltdıra bilməmişdilər. Nəhayət qanun qalib gəldi.
Quliyevlərin nümayəndəsi Nazim Hüseynov “Bizim Yol”a bildirib ki, məhkəmənin qərarı bu gün (dünən-R.İ.) icra olunub.“Hacı Qalib məhkəmə icraçıları ilə razılaşdırılmış vaxtda mülkü boşaltdı. Hazırda burada polislər və məhkəmə icraçıları da var”. İki dəfə məhkəmə icraçılarının qarşısı alındı. Hacı Qalib məhkəmə icraçılarına hədə-qorxu gəlirdi, mülkü könüllü təhvil vermək istəmirdi. Bir sözlə vaxt qazanmaq istəyirdi ki, bəlkə ədalətsiz mövqeyi ilə qazanc əldə etsin. Bu da onun rüsvayçı məğlubiyyətinə səbəb oldu. Dövlətlə dövlətçilik eləmək olmaz”.
Növbəti addımlarının məhkəməyə yenidən müraciət olunmasını R.Quliyevlərin səlahiyyətli nümayəndəsi bildirdi: “Bizə vurduğu maddi və mənəvi ziyana görə Hacı Qalibi məhkəməyə verəcəyik. Eləcə də bağlardan oğurlanmış ev əşyalarına və tikinti materiallarına görə təzminatı tələb edəcəyik. Lazım olarsa, Avropa İnsan Haqlari məhkəməisinə də müraciət edəcəyik. Məhkəmələrin gedişatından və qərarından asılı olaraq ola bilsin ki, Hacı Qalib həbs olunsun”.
Qeyd edək ki, Hacı Qalib Rəsul Quliyevin və onun ailə üzvlərinin adına olan Bilgəhdəki mülkü zəbt edib, qarşı tərəf isə məhkəməyə müraciət edərək mülkün boşaldılması və onlara bağdan oğurlanan mal-əmlaka görə 700 min manat təzminat ödənilməsi haqda qərar çıxarılmasına nail olub. İş Ali Məhkəməyə qədər davam edibdir. Sonuncu olaraq Ali Məhkəmə avqustun 6-da bağın dərhal boşaldılıb sahibinə təhvil verilməsi barədə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı. Qərar icraya yönəldilmişdi.
 Məhkmə qərarının icrası 1 ay 1 həftədən sonra reallaşdı. Nəhayət, “Altı bağ” öz sahibinə qaytarıldı.

 


 

 


 

  
Bugün 1 ziyaretçinəfər burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol